Mətnlərin mürəkkəbliyi ilə bağlı elmi tədqiqatlara XIX əsrin sonlarında ABŞ-da başlanılmışdır. Mətnin mürəkkəblik səviyyəsini, onun qavranılma dərəcəsini göstərmək üçün "oxunabilirlik" (ingiliscə: "readability") terminindən istifadə olunur. Oxunabilirliyin qiymətləndirilməsi üçün bir çox riyazi modellər qurulmuşdur ki, onların da əksəriyyəti riyazi düsturlar şəklindədir. Oxunabilirlik düsturları (readability formulas) adlandırılan bu düsturlar elmi və kütləvi ədəbiyyatda oxunabilirlik testləri (readability tests), oxunabilirlik metrikası (readability metrics) kimi də ifadə olunur.