Azərbaycan dili mətnlərinin mürəkkəbliyinin qiymətləndirilməsi üçün modifikasiya olunmuş Fleş düsturu (azərb.)


Məqalədə ingilis dilindəki mətnlər üçün Fleşin oxuma asanlığı düsturunun Azərbaycan dilindəki mətnlərə tətbiqi probleminə toxunulur. Bu problemin həlli üçün düsturdakı orta cümlə uzunluğu və orta söz uzunluğu kimi parametrlərə uyğun əmsalların korrektəsi metodikasından danışılır. İngilis və Azərbaycan dillərində olan identik mətnlər (bədii əsər nümunələri, akademik (elmi) mətnlər, ayrı-ayrı cümlələr və onların hərfi tərcüməsi) verilmiş metodika əsasında tədqiq edilir və nəticədə ingilis dillindəki mətnlər üçün olan Fleş düsturundakı əmsallar Azərbaycan dilindəki mətnlər üçün uyğunlaşdırılır (səh.46-58).

Açar sözlər: mətnin mürəkkəbliyi, oxunabilirlik düsturları, Fleşin oxuma asanlığı düsturu.

Məqaləyə bax



Sadıqov İsmayıl C.
ismayil.sadigov@gmail.com